...

BP "Ən yaxşı biznes" mükafatını elan edib

Energetika Materials 26 May 2006 13:05 (UTC +04:00)

Mayın 25-də BP Bakıda yerli biznesin inkişfına göstərdiyi dəstəyin bir hissəsi olaraq yerli sahibkarlar üçün "Ən yaxşı biznes" mükafatının qaliblərini elan edib. Trend in xəbər verdiyi kimi, şirkətin məlumatında deyilir ki, bu mükafatların verilməsində məqsəd BP-nin əməliyyatçısı olduğu neft və qaz layihələrinin uğur qazanmasına töhfə verən qabaqcıl yerli və beynəlxalq şirkətləri, bizneslə məşğul olan sahibkarları qiymətləndirməkdir. Mükafatlar Azərbaycanın biznes mühitinə davamlı təsir göstərən şirkət və sahibkarların qiymətləndirilməsi üçün də müəyyənləşdirilib.

Bu təşəbbüs BP və tərəfdaşları tərəfindən həyata keçirilən layihələrdə iştirak edən yerli işçi heyətin sayını maksimuma çatdırmaq səylərinə uyğundur. Buna isə layihələrdə iştirak edən şirkətlərin sayını, həm də ölkə daxilində verilmiş müqavilələrin dəyərini artırmaqla nail olunur.

BP öz qarşısına Azərbaycana məxsus şirkətlər vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini beş il ərzində ikiqat artırmaq məqsədi qoyub. BP 2010-cu ilə qədər kiçik və orta müəssisələr, eləcə də yerli birgə müəssisələr vasitəsilə hər il əlavə 250 milyon dollar xərcləməyi, bununla yerli şirkətlər vasitəsilə hər il sərf olunan vəsaitin məbləğini 500 milyon dollardan daha cox məbləğə çatdırmağı planlaşdırır.

Bu məqsədə çatmaq üçün BP və tərəfdaşları Azərbaycanın bütün ərazilərində iqtisadiyyatın çoxşaxəli inkişafına kömək etmək üçün bir sıra planlar hazırlayır, eləcə də qeyri-neft sektoru və sahibkarlığın inkişafını dəstəkləmək yönümündə işləyir.

İlk "Ən yaxşı biznes" mükafatları dörd kateqoriya üzrə aşağıdakı müəssisələrə və fərdlərə verilib:

Sumqayıttikintiquraşdırma -2 şirkəti sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə (SƏTƏM) iş icrasında əldə etdiyi böyük nailiyyətlərə görə SƏTƏM üzrə ən yaxşı iş icrası mükafatına layiq görülüb;

Ceyhun İmanav biznes üzrə iş icrasında yenilikçi yanaşmasına görə İlin gənc sahibkarı mükafatını alıb;

Dalğıc şirkəti biznes sahəsində qazandığı böyük uğura və sahibkarlığın hərtərəfli inkişafına verdiyi misilsiz töhfəyə görə İlin şirkəti elan edilib;

Riqblast şirkəti ən yaxşı işəgötürən elan edilib. Bu mükafat azərbaycanlı işçi heyətinin təcrübə və bacarıqlarının inkişaf etdirilməsi öhdəliyini uğurla yerinə yetirən yerli və ya beynəlxalq şirkətə verilir.

BP-nin Kommersiya Məsələləri üzrə Iitse Presidenti Fill Houm mükafatların təqdim olunması mərasimində çıxış edib: "Azərbaycanın iri neft və qaz yataqlarının işlənməsi layihələrinin yerinə yetirilməsində yerli podratçılarla işləyərək, ölkəyə yeni sərmayələr, iş yerləri, texnologiya, standartlar və bacarıqlar gətirməklə biz Xəzərdə özümüzəməxsus fərqli mövcudluğumuzu yaratmışıq.

Xəbər lenti

Xəbər lenti