...

PORG ekspert qrupunun Bakıya səfəri başa çatıb

Energetika Materials 30 May 2006 17:37 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Polşa neft-qaz şirkətinin ekspert qrupu (POGC) Bakıda danışıqları başa vurub. Geoloqlardan, yataqların işlənməsi üzrə mütəxəssislər və digər ekspertlərdən ibarət şirkət nümayəndələri (cəmi 7 nəfər) Azərbaycan Dövlət Neft Şirkətinin geologiya və geofizika üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüşüb.

Səfirlikdən bildirilib ki, Polşa şirkəti Azərbaycanın quruda yerləşən yataqlarının işlənməsində maraqlıdır. Ancaq şirkət hələlik konkret seçim etməyib və bu, ətraflı qiymətləndirmədən sonra mümkündür.

Səfirlikdən o da bildirilib ki, 2006-cı il iyunun 6-da Bakıda öz işinə başlayacaq neft-qaz sərgisində POGC-nin iki vitse-prezidenti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti