...

İlin sonunadək Azərbaycanda elektrik enerjisinin istehsal gücü 450 MVt artacaq

Energetika Materials 16 Oktyabr 2006 13:55 (UTC +04:00)

Bu ilin sonunadək "Azərenerji" SC Azərbaycanda elektrik enerjisinin istehsal gücünü 450 MVt-a qədər artırmaq niyyətindədir. Bu barədə Trend in Astanadakı xüsusi müxbirinə "Azərenerji" SC Mərkəzi dispetçer idarəsinin rəisi Nurəli Yusifbəyli Qazaxıstanda keçirilən MDB Elektrik enerjisi şurasının 30-cu toplantısının yekunları üzrə məlumat verib.

"Artımın respublika rayonlarında 4 və Bakıda 1 modul elektrik stansiyasının tikintisi hesabına olacağı nəzərdə tutulub. Hazırda artıq 2 stansiya istismara verilib. İlin sonunadək qalan stansiyaların tikintisi başa çatacaq", - deyə o bildirib.

Həmin stansiyaların tikintisi üzrə "Azərenerji" SC-nin podratçısı Finlyandiyanın Wartsila şirkətidir.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərenerji" SC-yə Bakı, Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarındakı modul stansiyalarında 52 modul qurğunun tikintisi və təhvilini təmin etmək həvalə olunub.

Xəbər lenti

Xəbər lenti