...

BP Azərbaycan "Çıraq" platformasında neft hasilatını bərpa edib

Energetika Materials 30 Oktyabr 2006 18:14 (UTC +04:00)

BP Azərbaycan "Çıraq-1" platformasının təkmilləşdirilməsi üzrə işləri başa çatdırdıqdan sonra oktyabrın 27-də saat 21:50-də platformanın işini bərpa edib. Oktyabrın 28-i saat 18:00-da platforma tam həcmlə istehsala başlayıb. Həmin dövrdə Səngəçal terminalında "İlk neft" layihəsi çərçivəsində qurğularda da işlər görülüb.

Platforma ilə birgə Bakı-Supsa boru kəməri üzrə neft nəqli də dayandırılıb. "Burada təmizləmə kürəkciklərindən istifadə etməklə, vəziyyətin araşdırılması üzrə işlər görüləcək. Nəqlin bərpa müddəti hələ məlum deyil", - deyə BP-dən bildirilib.

Platformada səmərəliliyin və etibarlılığın yaxşılaşdırılması məqsədi ilə platformanın işləmədiyi müddətdə qazın qurudulması üzrə qurğu dəyişdiriləcək, suyun laya vurulma həcmi artırılacaq və avadanlığa texniki xidmət göstəriləcək.

Hazırda "Çıraq" platformasında 20 quyu istismar olunur: 14 neftçıxarma və altı suvurma. 1997-ci ildə istismar qazıntısı və ilk neft hasilatı başlayandan "Çıraq" platforması, demək olar ki, fasiləsiz işləyir. Hazırda orada təxminən 250 nəfər çalışır, platformada aparıcı mövqeləri tutan dəniz əməliyyatları üzrə mühəndislər də daxil olmaqla, onların 85 faizi Azərbaycan vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti