...

Ekspert: Azərbaycan qazın Orta Asiyadan Ermənistana tədarük olunması üçün öz tranzit ərazisini təqdim etməkdən imtina edəcək

Energetika Materials 8 Fevral 2007 17:00 (UTC +04:00)

Azərbaycan Qazaxıstan və ya hər hansı başqa ölkəyə öz qaz və ya neftini Azərbaycan ərazisindən keçməklə Ermənistana ixrac etməkdə tranzit xidmətlərin göstərilməsinə hüquqi şəkildə imtina edilməsində problem görmür. Bu barədə Trend ə cümə axşamı Sahibkarlığın İnkişafına Yardım və Bazar İqtisadiyyatı Fondunun başçısı, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) eks-prezidenti Sabit Bağırov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Qarabağ münaqişəsi nizamlanmayanadək mal və enerji daşıyıcılarının Ermənistana tranziti üçün öz ərazisini təqdim etməyə heç vaxt razı olmayacaq.

Qeyd edək ki, Ermənistanın XİN başçısı Vardan Oskanyan Ermənistanın Transxəzər qaz kəmərinin tikintisində iştirak etməyə hazır olduğunu bildirib. Bu zaman o xatırladıb ki, Ermənistanın bu bəyanatı Azərbaycanın təəccübünə səbəb olub və bildirilib ki, Ermənistan onların razılığı olmadan bu layihəyə qoşula bilməz.

"Lakin Azərbaycan nəzərə almalıdır ki, qaz kəməri vasitəsilə yalnız Azərbaycanın deyil, həm də Mərkəzi Asiya qazı nəql olunacaq. Və Ermənistan çoxtərəfli və ya ikitərəfli danışıqlar əsasında bu imkandan istifadə edə bilər", - deyə o bildirib.

Transxəzər qaz kəmərinin tikintisinin ilkin qiyməti (mal və xidmətlərin hazırki qiymətləri ilə) 11,5 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir. Bu zaman onun keçirmə qabiliyyəti ildə 22 mlrd. kub metr qaza qədər təşkil edə bilər. Ötən əsrin 90-cı illərində bu layihənin reallaşdırılma qiyməti təxminən 3 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilirdi.

1998-ci ildə imzalanmış Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) layihəsi üzrə əsas çoxtərəfli saziş yüklərin Azərbaycandan və ölkə ərazisindən tranzitlə Ermənistana nəqlini nəzərdə tutmur. Bu fakt hüquqi şəkildə TRACECA üzrə sazişdə ayrıca bəndlə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti