...

Azərbaycan Gürcüstana avtomobil benzini tədarükünü qismən bərpa edib

Energetika Materials 6 Mart 2007 20:50 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsixaliya/ Azərbaycan Gürcüstana avtomobil benzini tədarükünü qismən bərpa edib. Trend in Tiflisdəki xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın İstehsalçılar, İdxalçılar və İstehlakçılar birliyinin rəhbəri İvan Mtvralaşvili Azərbaycandan benzin idxalının aşağı həcmdə olduğunu, martın 20-dən aprelin 1-nə qədər isə bunun tam həcmdə bərpa olunacağını bildirib.

Gürcüstaana A-92 marakalı benzinin ixracını Dövlət Neft Şirkəti həyata keçirir. Ayın sonuna qədər təadarükün miqdarı 15 min tona qədər artırlacaq.

Gürcüstaana benzin tədarükü SOCAR Georgia Petroleum şirkəti və avtomobil benzini istehsal edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti