...

Gürcüstanın Neft və Qaz korporasiyasının rəhbəri: Azərbaycan qaz ixracını artırmağa razılaşıb

Energetika Materials 16 Aprel 2007 21:28 (UTC +04:00)
Gürcüstanın Neft və Qaz korporasiyasının rəhbəri: Azərbaycan qaz ixracını artırmağa razılaşıb

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ İki gün ərzində Gürcüstan Azərbaycandan Cənubi Qafqaz qaz kəməri ilə artırılmış həcmdə qaz alacaq. Trend -ın xüsusi müxbirinin məlumatına görə, bu barədə Tiflisdə bazar ertəsi brifinqdə Gürcüstanın Neft və Qaz Korporasiyasının prezidenti Aleksandr Xetaquri bildirib.

Onun sözlərinə görə, boru xətlərində aparılan reabilitasiya işləri ilə əlaqədar aprelin 17 və 18-də Rusiya Gürcüstana qaz verilişini dayandıracaq.

"Bu müddət ərzində biz "Şahdəniz" yatağından sutka ərzində 4 mln. kubmetr qaz alacağıq",-deyə Xetaquri söyləyib.

Korporasiya prezidenti əlavə edib ki, "Şahdəniz" yatağında qaz hasilatı ilə məşğul olan konsorsiumla aparılan danışıqlar nəticəsində Gürcüstanın iki gün üçün sutkalıq kvotasını 1 mln. kubmetrdən 4 mln. kubmetrə qaldırmaq mümkün olub.

"Bu həcməd qazı biz iki gün alacığıq. Ona görə də Gürcüstanın qazla təchizatında heç bir problem olmayacaq",-deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti