Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Bakı dairəvi avtomobil yolunun tikilməsi çərçivəsində kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar "Bakqaz" istehsalat birliyi Bakının bir sıra rayonlarına qaz verilişini dayandırıb.
Çərşənbə axşamı "Bakqaz" İB-dən bildiriblər ki, paytaxtın Qaradağ, Nəsimi, Yasamal və Səbail rayonlarında qaz verilişi daayandırılıb.
"Qısa müddətdə abunəçilərə qaz verilişi bərpa olunacaq", - deyə "Bakqaz"-dan bildiriblər.
Bakı dairəvi avtomobil yolunun tikintisi çərçivəsində əsasən Bakının Qaradağ rayonunda qaz kəmərlərinin yeri dəyişdirilir.