...

Ekspertlər: Azərbaycanın qaz idxalına ehtiyacı yoxdur

Energetika Materials 4 Avqust 2007 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Əliyev/ Bu gün Azərbaycan özünü tamamilə qazla təmin edir və onu digər ölkələrdən idxal etmək niyyətində deyil. Şənbə günü Azərbaycanın neft və qaz sahəsində çalışan ekspertlər Trend in sorğusuna cavab olaraq bildiriblər ki, hətta 2008-ci ildə "Qazprom" MDB ölkələri üçün indiki səviyyədə qiymətləri saxlasa da, Azərbaycan yanacağı idxal etməyəcək.

"Azərbaycanda kifayət qədər qaz var və o təkcə daxili tələbatın ödənilməsi üçün yox, həm də ixrac üçün yetər" - deyə ekspertlər bildiriblər.

Hazırda Azərbaycan ARDNŞ tərəfindən istismar olunan yataqlarda qaz hasilatının artırılması proqramını gerçəkləşdirir. Proqnoza əsasən bu il ARDNŞ 5,8 mlrd. kubmetr qaz hasil edəcək.

Bundan əlavə Azərbaycan Şahdənizdən qaz alır və beynəlxalq əməliyyat şirkətinin istismar etdiyi "Azəri"-"Çıraq"-"Günəşli" yatağından səmt qazı alır. Proqnoza əsasən bu yataqlardan Azərbaycan 1,62 mlrd. kubmetr (Şahdəniz) və 3 mlrd. (Azəri-Çıraq-Günəşli) kubmetr qaz alacaq.

Azərbaycan Rusiya qazının idxalını 2007-ci ilin əvvəlindən dayandırıb. O zaman qiymət iki dəfə artaraq 1000 kubmetr üçün $235 çatmışdır. Ötən ay isə Azərbaycan Rusiyaya $230 (1000 kubmetr üçün) qaz satmağı təklif etdi.

Öz təminatından başqa Azərbaycan qazı Gürcüstana satır. Gün ərzində bu ölkəyə ARDNŞ-in öz qazından 1,5 mln. kubmetr ötürülür.

Xəbər lenti

Xəbər lenti