...

“Premium Bank” “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyasına layiq görülüb

Maliyyə Materials 28 Fevral 2019 17:03 (UTC +04:00)
Mərkəzi Bank tərəfindən “Premium Bank”a əldə olunan nailiyyətlərə görə təşəkkür bildirilib.
“Premium Bank” “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyasına layiq görülüb

Bakı. Trend:

“Premium Bank” Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2018-ci il üçün nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş nominasiya müsabiqəsində “Pos-terminallarda nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə banklar arasında I yerə layiq görülüb.

Bankdan Trend-ə verilən məlumata görə, Mərkəzi Bank tərəfindən “Premium Bank”a əldə olunan nailiyyətlərə görə təşəkkür bildirilib.

Ölkədə nağdsız ödənişlərin inkişafı və elektron ödəniş alətlərindən istifadənin kütləviləşdirilməsi istiqamətində aparılan islahatlarda bankın aktiv iştirakı və qarşıdakı illərdə yeni uğurlar arzu edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti