...

“Xalq Həyat”a sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 5 illik lisenziya verilib

Maliyyə Materials 1 Aprel 2019 19:46 (UTC +04:00)
“27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.
“Xalq Həyat”a sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 5 illik lisenziya verilib

Bakı. Trend:

“27 mart 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur.

Şirkətin İdarə Heyətinin sədri Roman Alpaşa oğlu Vəliyevdir. Cəmiyyət Bakı şəhəri, İnşaatçılar pr., 22 L ünvanda fəaliyyət göstərir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti