...

PAŞA Bank dünyanın istənilən nöqtəsindən 24/7 hesab açmaq ımkanını təqdim edir

Maliyyə Materials 2 Oktyabr 2019 17:24
Ölkənin aparıcı korporativ bankı PAŞA Bank öz müştərilərinin rahatlığını daima diqqət mərkəzində saxlayır və onların ehtiyaclarına uyğun innovativ həlləri təqdim edir.
PAŞA Bank dünyanın istənilən nöqtəsindən 24/7 hesab açmaq ımkanını təqdim edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank öz müştərilərinin rahatlığını daima diqqət mərkəzində saxlayır və onların ehtiyaclarına uyğun innovativ həlləri təqdim edir.

PAŞA Bankdan Trend-ə verilən məlumata görə, belə ki, Kiçik və Orta biznes sahibləri daxil olmaqla Bankın bütün korporativ müştəriləri və fərdi sahibkarlar Banka gəlmədən, vaxt itirmədən cəmi 5 dəqiqə ərzində onlayn şəkildə hesab aça bilərlər. Üstəlik, hesab açma əməliyyatını dünyanın istənilən yerindən 24/7 rejimində həyata keçirmək mümkündür.

Qeyd etmək lazımdır ki, ilk hesabı açan müştərilərdən əlavə hesabların açılması zamanı heç bir ödəniş tələb olunmur.

PAŞA Bankın təqdim etdiyi çevik həllərdən yararlanmaq və biznesi daha sürətli idarə etmək üçün Onlayn Bank xidmətinə keçid: https://pashabank.digital/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti