Bakı. Asif Mehman - Trend:
2019-cu ildə Bakı Metropolitenində sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 41 milyon manat yardım ayrılıb.
Trend xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə hesabatında öz əksini tapıb.
Qeyd edək ki, hazırda metroda bir sənişinin daşınması 52 qəpiyə başa gəlir, gediş haqqı isə 30 qəpikdir. Bu səbəbdən sərnişindaşıma xidməti haqqı ilə onun maya dəyəri arasında zərər yaranır. Ötən il bu zərər 41 milyon manat olub.
Həmçinin hesabatda göstərilir ki, 2019-cu ildə Bakı Metropolitenində tikinti və yenidənqurma işlərinin davam etdirilməsi, yeni vaqonların və avadanlıqların alınması və s. üçün isə 109,7 milyon manat ayrılıb.
Ümumilikdə 2019-cu ildə Bakı Metropoliteninə 150,7 milyon manat ayrılıb.