...

Rabitəbank uzaqdan təhsili yaxın etdi (FOTO)

Maliyyə Materials 1 İyul 2020 14:43 (UTC +04:00)
Rabitəbank uzaqdan təhsili yaxın etdi (FOTO)

Bakı. Trend:

“ASAN xidmət” və “Rabitəbank” ASC-nin birgə təşəbbüsü ilə reallaşdırılan “Təhsiliniz Gələcəyimizdir" layihəsi davam edir. Sosial təşəbbüs çərçivəsində uzaqdan təhsilə uşaqlar uzaq qalmasın deyə bu dəfə "Acer" şirkətinin dəstəyi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinin Mişni obasında həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və tədris müddətində fərqlənən şagirdlərə “Acer” markalı notbuklar, həmçinin 1 illik pulsuz internet paketləri təqdim olunub.

Layihənin məqsədi şagirdlər üçün fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir. 27-ci fəaliyyət ilini tamamlayan “Rabitəbank” korporativ sosial məsuliyyət strategiyasına sadiq qalaraq aztəminatlı ailələrin uşaqlarına dəstək olmağa, ölkədə təhsil səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verməyə davam edəcək.

Layihə təşkilatçıları uşaqlara dərslərində müvəffəqiyyətli olmalarını, yaxşı biliklərə sahiblənməyi və gələcəkdə öz ölkələrinin tanınmış mütəxəssisləri olmağı arzu edir. Hər kəsi gələcəyimiz olan sağlam təhsilli gənclərin yetişməsi üçün dəstək göstərməyə, onlar üçün təhsilin davamlılığını təmin etməyə biganə qalmamağa çağırırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti