...

AİB Azərbaycanda texnoloji startapların inkişafı üzrə layihəyə start verir

Maliyyə Materials 6 Yanvar 2021 15:57 (UTC +04:00)
AİB Azərbaycanda texnoloji startapların inkişafı üzrə layihəyə start verir

Bakı. Zeyni Cəfərov. Tərcümə: Orxan Nəbiyev - Trend:

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda texnoloji startapların inkişafı üzrə layihənin reallaşdırılmasına başlayır.

Trend bu barədə banka istinadən məlumat verir.

Layihənin dəyəri 550 min dollar təşkil edir. Bu məbləğin 500 min dolları qrantlar şəklində Cənubi Koreyanın “Elektron Asiya və Biliklər” Tərəfdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcək.

Layihə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin texnoloji startaplarına dəstək üçün səmərəli və funksional mexanizmlərin yaradılmasını nəzərdə tutur.

Layihənin reallaşdırılmasının məqsədləri sırasında Azərbaycanda özəl sektorun inkişafı və insan kapitalının möhkəmləndirilməsi dayanır. AİB bu işə məsləhətçiləri cəlb edəcək, layihə “ASAN Service”, Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və “Innoland Şəki” tərəfindən icra olunacaq.

Layihənin 2022-ci ilin iyununadək reallaşdırılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti