...

"Access Bank"da əhalinin depozitləri ümumi depozit portfelinin 75 faizini təşkil edir

Maliyyə Materials 26 Yanvar 2021 15:19 (UTC +04:00)
"Access Bank"da əhalinin depozitləri ümumi depozit portfelinin 75 faizini təşkil edir

Bakı. Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev - Trend:

Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində bank infrastrukturunun inkişafı "Access Bank"ın diqqət mərkəzindədir.

Bunu Trend-ə "Access Bank"ın Pərakəndə bankçılıq departamentinin rəhbəri İlkin Quliyev deyib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə Füzuli, Cəbrayıl, Kəlbəcər, Ağdam və Şuşa şəhərlərində bank mərkəzlərinin açılması məsələsi nəzərdən keçirilir. Bununla bağlı son qərar bu ilin ikinci rübünün əvvəlində pay sahiblərinin iclasında qəbul olunacaq.

Bankın depozit siyasəti barədə danışan İ.Quliyev bildirib ki, depozitlər bankın əsas məhsuludur. O qeyd edib ki, bankın ümumi depozit portfeli 630 milyon manata bərabərdir. Əhalinin depozitləri ümumi depozit portfelinin 75 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti