...

Beynəlxalq Valyuta Fondu Azərbaycana yarım milyard dollar vəsait ayırıb

Maliyyə Materials 24 Avqust 2021 10:39 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Azərbaycana yarım milyard dollar vəsait ayırıb

Bakı. Zeyni Cəfərov - Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycana uzunmüddətli qlobal ehtiyacların və inkişafın dayanıqlılığının təmin olunması çərçivəsində 375,4 milyon SDR (xüsusi borcalma hüququ), yəni təxminən 532 milyon dollar ayırıb.

Trend-in BVF-yə istinadən məlumatına görə, Fond üzv ölkələrə ümumilikdə 650 milyard dollar məbləğində SDR ayırıb.

Qeyd olunur ki, bu vəsait dünya iqtisadiyyatı üçün ciddi stimul qismində çıxış edə bilər. SDR-in paylaşdırılması nəticəsində dünya iqtisadiyyatı ölkələrin valyuta ehtiyatlarının dolması hesabına əlavə likvidlik əldə edir. Dövlətlər təqdim olunan SDR çərçivəsində təqdim olunan maliyyə ehtiyatlarını milli iqtisadiyyatın dəstəklənməsi və böhranla mübarizə üçün sərf edə bilər.

Azərbaycanın BVF-də kvotası 391,7 milyon SDR (təxminən 555,7 milyon dollar), xalis çəkisi isə bütün vəsaitlərin 0,08 faizini təşkil edir.

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti