...

Visa Azərbaycanda yeni layihə üzərində çalışır - Kristina Doroş

Maliyyə Materials 13 İyun 2023 11:48 (UTC +04:00)
Visa Azərbaycanda yeni layihə üzərində çalışır - Kristina Doroş
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Visa Azərbaycanda "B2B Connect" layihəsinin genişləndirilməsi üzərində çalışır.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Visa-nın vitse prezidenti və Mərkəzi Asiya ölkələri və Azərbaycanda regional meneceri Kristina Doroş Bakıda keçirilən “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib.

Onun sözlərinə görə, bu layihə Mərkəzi və Şərqi Avropa-Yaxın Şərq-Afrika (CEMEA) regionunda Azərbaycanda işə salınıb.

"Visa Azərbaycanda 1997-ci ildə fəaliyyətə başlayıb və istər dövlət və özəl sektor, istərsə də kiçik sahibkarlar olmaqla maliyyə sektorunun demək olar ki, bütün iştirakçıları ilə münasibət qurub. Bundan başqa, Azərbaycanda nəqliyyat sektorunda ödəniş texnologiyalarını aktiv şəkildə tətbiq edirik", - deyə K.Doroş vurğulayıb.

K.Doroşun sözlərinə görə, bu il Visa-nın Azərbaycan üzrə strategiyaları başa çatacaq.

"Bildirmək istəyirəm ki, bu müddət ərzində böyük uğurlara nail olduq. Bizim dəstəyimizlə Azərbaycanda Apple Pay, daha sonra isə Google Pay işə salındı. Həmçinin Azərbaycanın kibertəhlükəsizlik sahəsində maliyyə iştirakçıları ilə aktiv şəkildə əməkdaşlıq edirik", - deyə o əlavə edib.

Bununla yanaşı, K.Doroş dünyada 4 milyard Visa kart istifadəçisinin olduğunu və bu kartlar vasitəsilə saniyədə 65 min tranzaksiyanın həyata keçirildiyini vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti