...

Azərbaycan banklarının ümumi öhdəliklərin həcminə görə renkinqi

Maliyyə Materials 24 Yanvar 2024 12:50 (UTC +04:00)
Azərbaycan banklarının ümumi öhdəliklərin həcminə görə renkinqi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yekunlarına görə, Azərbaycan bankları arasında ümumi öhdəliklərin həcminə görə Azərbaycan Beynəlxalq Bankı (ABB) birinci yer tutub.

Trend xəbər verir ki, bankın maliyyə hesabatına görə, hesabat dövründə bankın ümumi öhdəliklərinin həcmi 11,8 milyard manat olub.

Renkinqdə ikinci yeri 7,8 milyard manat dəyərində ümumi öhdəliklərlə PASHA Bank tutub.

Üçüncü yerdə 7,7 milyard manat dəyərində ümumi öhdəliklərlə Kapital Bank, dördüncü yerdə 2,5 milyard manatla XalqBank dayanıb. Beşinci yeri isə 1,9 milyard manat dəyərində ümumi öhdəliklərlə Bank Respublika tutub.

İlk üç bankın öhdəliklərinin ümumi həcmi 27,42 milyard manat olmaqla siyahıdakı ilk 10 bankın öhdəliklərinin ümumi həcminin (38,071 milyard manat) 72,02 faizini, Azərbaycanın bütün banklarının öhdəliklərinin ümumi həcminin (43,114 milyard manat) isə 63,6 faizini təşkil edib.

Azərbaycan banklarının ümumi öhdəliklərin həcminə görə renkinqi aşağıdakı kimidir:

Banklar Ümumi öhdəliklər
1 International Bank 11,858 milyard manat
2 Pasha Bank 7,814 milyard manat
3 Kapital Bank 7,748 milyard manat
4 Xalq Bank 2,578 milyard manat
5 Bank Respublika 1,975 milyard manat
6 Yelo Bank 1,467 milyard manat
7 UniBank 1,441 milyard manat
8 AccessBank 1,255 milyard manat
9 Rabita Bank

1,022 milyard manat

10 Azer–Turk Bank 911,032 milyon manat
11 Turan Bank 742,128 milyon manat
12 Bank of Baku 731,918 milyon manat
13 AzersenayeBank 634,928 milyon manat
14 ZiraatBank 519,708 milyon manat
15 Premium Bank 507,823 milyon manat
16 Expressbank 430,32 milyon manat
17 YapikrediBank 416,879 milyon manat
18 BTB Bank 321,791 milyon manat
19 AFB Bank 249,998 milyon manat
20 VTB Bank 158,845 milyon manat
21 Nakhichivan Bank 144,254 milyon manat
22 Avrasiya Bank 104,099 milyon manat
23 Bank Melli Iran 80,607 milyon manat

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti