Bakı. Trend:
Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170 milyon 300 min manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 125 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 275 milyon 2 min manat), cəmi 1 milyard 295 milyon manatın ödənilməsi təmin edilib.
Trend Azərbaycan Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ümumilikdə 1 milyard 295 milyon manat ödənilib.
Qeyd edək ki, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri 25 milyard 174 milyon 300 min manat olub, 2 milyard 562 milyon 700 min manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.