...

Birinci yarımildə Azərbaycanda əsas kapitala yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Maliyyə Materials 11 Avqust 2025 18:40 (UTC +04:00)
Birinci yarımildə Azərbaycanda əsas kapitala yatırılan xarici investisiyaların həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatının əsas kapitalına yatırılan xarici investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 28,6% artaraq, 2 milyard manatı ötüb.

Bu barədə Trend Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Bu ilin birinci yarısında özəl investisiyaların həcmi 16,5 faiz artaraq 4,1 milyard manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 27,8 faiz artaraq 2,2 milyard manata yaxın olub.

Ümumilikdə, cari ilin birinci yarısında ölkə iqtisadiyyatının kreditləşdirilməsi 12 faizdən çox artaraq 30,2 milyard manatı ötüb.

"Aparılan məqsədyönlü iqtisadi islahatlar, əlverişli hüquqi və institusional mühitin formalaşdırılması nəticəsində Azərbaycanın investisiya cəlbediciliyi, o cümlədən, xarici və yerli investorların marağı artmaqda davam edir. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi strategiyanın nəticələri "Moody's" və "Fitch Ratings" kimi beynəlxalq reytinq agentliklərinin son hesabatlarında da öz təsdiqini tapır.

Xəbər lenti

Xəbər lenti