...

Metan emissiyalarının tənzimlənməsi innovativ texnologiyaların tətbiqini stimullaşdırmağa kömək edə bilər - BCG

Yaşıl iqtisadiyyat Materials 4 Oktyabr 2024 13:55 (UTC +04:00)
Metan emissiyalarının tənzimlənməsi innovativ texnologiyaların tətbiqini stimullaşdırmağa kömək edə bilər - BCG
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Metan emissiyalarının tənzimlənməsi innovativ texnologiyaların tətbiqini stimullaşdırmağa kömək edə bilər.

Trend xəbər verir ki, bu barədə “Boston Consulting Group”un nümayəndəsi Dmitri Fadeyev Bakıdakı “iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi"-nin son günü çərçivəsində "İstixana qazı emissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilən panel müzakirəsində bildirib.

"Metan emissiyalarının tənzimlənməsi yerli iqtisadiyyata əhəmiyyətli təsir göstərə bilər, yeni sektorlara inkişaf yolları açar və innovativ texnologiyaların tətbiqini stimullaşdırar. Məsələn, bərpa olunan enerji sektoru kimi sahələrin inkişafını gözləmək olar, eləcə də yeni texnologiyaların yaranması. Metan emissiyalarının azaldılması, qlobal istiləşmənin 2 dərəcə Selsi (°C) səviyyəsindən aşağıda saxlanılması məqsədinə çatmaq üçün də son dərəcə vacibdir", – o vurğulayıb.

Nümayəndə bildirib ki, metan iqlim dəyişmələrinə təsir edən amillər arasında 2-ci yerdədir.

"Biz metan emissiyalarının azaltmağın yollarını bilirik, lakin onun aşkar edilməsi, təmizlənməsi və tullantıların azaldılması ilə bağlı konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı ən böyük çətinliklər var. Amma vurğulamaq istəyirəm ki, bu yalnız çağırışlar deyil, həm də inkişaf üçün böyük imkanlardır", – o əlavə edib.

Xəbər lenti

Xəbər lenti