Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 34 milyon 341 min ABŞ dolları dəyərində 45 min 245 ton şəkər ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 13 milyon 642 min ABŞ dolları (65,9%), həcm baxımından isə 17 min 474 ton (62,9%) çoxdur.
10 ayda şəkər ixracı ölkənin ümumi ixracının 0,15%-ni təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 milyon 699 min ABŞ dolları dəyərində 27 min 771 ton şəkər ixrac edib.