Bakı. Trend:
2024-cü ildə Azərbaycan Avropa İttifaqına (Aİ) 4,35 milyard avro dəyərində 11,6 milyard kubmetr təbii qaz ixrac edib.
Bu barədə Trend-ə Aİ-nin Statistika İdarəsindən (Eurostat) məlumat verilib.
İxrac həcminin və dəyərinin aylıq bölgüsü aşağıdakı kimidir:
Ay |
Həcm (milyard kubmetr) |
Dəyər (€) |
---|---|---|
Yanvar |
0,989 |
|
Fevral |
0,943 |
|
Mart |
1,002 |
|
Aprel |
0,936 |
|
May |
1,007 |
|
İyun |
0,980 |
|
İyul |
0,995 |
|
Avqust |
0,748 |
|
Sentyabr |
0,899 |
|
Oktyabr |
1,044 |
|
Noyabr |
1,010 |
|
Dekabr |
1,051 |
|
Ümumilikdə |
11,6 |
4,35 milyard |
Qaz ixracının pik həddi dekabrda qeydə alınıb – 1,051 milyard kubmetr, 504,7 milyon avro məbləğində.
Ən az tədarük həcmi avqustda baş verib - 0,748 milyard kubmetr, gəliri isə 266 milyon avro təşkil edib.
Avropa Azərbaycandan qazı Cənub Qaz Dəhlizinin yekun hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə idxal edir. Onun ilkin gücü ildə 10 milyard kubmetr təşkil edir və 20 milyard kubmetrə qədər artırılması mümkündür.
X: @Lyaman_Zeyn