Bakı. Trend:
"SOCAR Green" enerji təşəbbüslərinin səmərəliliyini artırmaq üçün intellektual enerji sistemlərinin tətbiqinə yönəlmiş layihələri fəal şəkildə inkişaf etdirir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.
“Bu strategiyaya enerji saxlama həllərinin tədqiqi, yerli istehsal və istehlakın inkişafı, mikro şəbəkələrdən istifadə və enerji itkilərini minimuma endirməklə ümumi səmərəliliyin artırılması daxildir”, - "SOCAR Green"dən bildiriblər.
Şirkət vurğuladı ki, bu təşəbbüslər dəyişən enerji mənbələrinin enerji sisteminə effektiv inteqrasiyasına yönəlib.
"Bu kontekstdə biz bu yaxınlarda COP29 çərçivəsində "FAS Renewables" və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə imzalanmış anlaşma memorandumlarını qeyd etmək istərdik. Bu sənədlər bərpa olunan enerji sahəsində həllərin öyrənilməsi və tətbiqi, həmçinin enerji səmərəliliyinin artırılması üzrə fəaliyyət planının hazırlanması sahəsində əməkdaşlığı nəzərdə tutur", - şirkətdən bildiriblər.
X: @Lyaman_Zeyn