Bakı. Trend:
Almaniya Azərbaycanla bir çox sahədə olduğu kimi, kənd təsərrüfatı sektorunda da yeni əməkdaşlıq layihələrini nəzərdən keçirir.
Bu sözləri Almaniya Federativ Qida və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Simon Şkiller sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") çərçivəsində Trend-ə açıqlamasında deyib.
O qeyd edib ki, Almaniya Azərbaycanla geniş sahədə əməkdaşlıq etməyi planlaşdırır.
"Məncə, Almaniyanın Azərbaycanla bir çox sahədə olduğu kimi, kənd təsərrüfatı sektorunda da yeni əməkdaşlıq layihələri vardır. Məsələn, yeni texnoloji qurğuların transferi, tikinti proqramlarının hazırlanması və s. qeyd edə bilərəm. Amma mən bu mövzunun detalları ilə o qədər də tanış deyiləm."
Nazirlik rəsmisi qeyd edib ki, Bakıda 4 gün boyunca keçirilən sərgidə qablaşdırma, şirniyyat, soyutma, kəsmə-budama və nasos texnologiyalarımızı sərgi iştirakçılarına tanıtmaq fürsəti əldə etdik.
"İnanırıq ki, bu sərgi vasitəsilə bir çox ortaq razılaşmalar əldə olunacaq", - deyə S. Şkiller qeyd edib.