...

Azərbaycan Çində külək enerjisi üzrə beynəlxalq tədbirlərdə təmsil olunur

Yaşıl iqtisadiyyat Materials 3 Dekabr 2025 17:11 (UTC +04:00)
Azərbaycan Çində külək enerjisi üzrə beynəlxalq tədbirlərdə təmsil olunur
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova və Maliyyə şöbəsinin müdiri Rəqsanə Paşayeva cari ilin 3-5 dekabr tarixlərində Çin Xalq Respublikasının Şantou şəhərində keçirilən 22-ci Dünya Külək Enerjisi Konfransında iştirak edirlər.

Trend bu barədə agentliyə istinadən xəbər verir.

Konfrans çərçivəsində Qlobal Külək Enerjisi Bazarının İnkişafı və Trendləri, Böyük Ölçülü Külək Turbin Texnologiyaları və Külək Resursları Texnologiyaları mövzusunda forumlar təşkil olunur. Konfransın sonrakı günlərində Külək Enerjisində Süni İntellekt Tətbiqləri və İpək Yolunda Külək Enerjisi Əməkdaşlığı mövzularında forumlar, o cümlədən Qlobal Külək Enerjisi Sektorunun Tarixçəsinin Arxivləşdirilməsi üzrə Beynəlxalq Əməkdaşlıq İşçi Seminarının keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Çin şirkətləri və Çin Külək Enerjisi Assosiasiyasının nümayəndələri ilə görüşlərin keçirilməsi, külək enerjisi üzrə yeni texnologiyaların və idarəetmə təcrübələrinin öyrənilməsi məqsədilə “4 in 1” Dəniz Külək Enerjisi Avadanlıqları İstehsal Sənaye Parkına səfərin təşkil edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti