...

İtaliya SOFAZ-ın yerli bazarda investisiya imkanlarından istifadəyə maraq göstərməsini alqışlayır (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 13 Yanvar 2026 10:50 (UTC +04:00)
İtaliya SOFAZ-ın yerli bazarda investisiya imkanlarından istifadəyə maraq göstərməsini alqışlayır (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Azərbaycanın Dövlət Neft Fondunun (SOFAZ) yerli bazarda investisiya imkanlarından istifadəyə maraq göstərməsini alqışlayır.

Bunu Trend-ə özəl müsahibəsində İtaliya- Azərbaycan Hökumətlərarası Komissiyasının Bakıdakı altıncı iclası münasibətilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli bildirib.

Çirielli qeyd edib ki, neft-qaz sektoru Azərbaycanda xarici investisiyaların əsas dayağı olaraq qalsa da, hökumətlərarası komissiya digər mühüm istiqamətlərə də xüsusi diqqət yetirəcək.

“Əhəmiyyətli investisiya və biznes imkanları nəqliyyat və logistika infrastrukturu ilə bağlı layihələr çərçivəsində, xüsusilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz kontekstində, həmçinin Azərbaycanda yeni nəqliyyat və infrastruktur obyektlərinin inkişafı zamanı yarana bilər. Kənd təsərrüfatının müasirləşdirilməsi, İKT-nin inkişaf proqramları, səhiyyə və əczaçılıq sahələrindəki imkanlar da az maraq doğurmur”, – deyə nazir müavini vurğulayıb.

Çirielli həmçinin qeyd edib ki, İtaliya hökuməti xarici investorlar üçün əlverişli şərait yaradaraq xarici investisiyaların cəlb olunmasında fəal siyasət yürüdür.

“İtaliya energetika, şəbəkələr, telekommunikasiya və nəqliyyat kimi əsas sektorlarda əhəmiyyətli investisiya imkanları təklif edir. Avropada ikinci ən böyük istehsal iqtisadiyyatına malik olan İtaliya, 500 milyon istehlakçıdan ibarət Avropa İttifaqı bazarına giriş üçün əsas ‘qapılardan’ biridir. Bu baxımdan, Dövlət Neft Fondunun (SOFAZ) İtaliyada investisiya imkanlarından istifadə etməyə göstərdiyi marağı alqışlayır və Azərbaycan şirkətləri və investisiya fondları tərəfindən ölkəmizə yönələcək gələcək investisiyalara müsbət yanaşırıq”, – deyə nazir müavini izah edib.

Xatırladaq ki, 18 iyul 2025-ci il tarixində SOFAZ bərpa olunan enerji sahəsində aparıcı şirkətlərdən biri olan "Enfinity Global" ilə İtaliyada yerləşən, ümumi gücü 402 MVt olan günəş fotoelektrik (PV) elektrik stansiyaları portfelinin 49 faiz payının alınması barədə saziş imzalayıb.

Saziş çərçivəsində "Enfinity" İtaliyadakı portfelinin dəstəklənməsi üçün investisiya tərəfdaşları cəlb edir ki, bu da şirkətə vəsaitləri yenidən investisiya etməyə və ümumi gücü 2,6 QVt olan günəş enerjisi layihələrinin, habelə 5,3 QVt gücündə enerji saxlanması layihələrinin icrasını sürətləndirməyə imkan verəcək. Bu isə şirkətin ölkədə ən böyük müstəqil elektrik enerjisi istehsalçısı kimi mövqeyini daha da möhkəmləndirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti