...

Nazir: "Payızda Azərbaycanda regional innovasiya zonalarının yaradılması layihəsinin reallaşdırılmasına start verilə bilər"

Telekommunikasiya Materials 24 Sentyabr 2007 13:43 (UTC +04:00)
Nazir: "Payızda Azərbaycanda regional innovasiya zonalarının yaradılması layihəsinin reallaşdırılmasına start verilə bilər"

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Payızda Azərbaycanda regional innovasiya zonalarının yaradılması layihəsinin reallaşdırılması barədə qərar qəbul oluna bilər. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu layihə üzrə təkliflər paketi hökumətə və parlamentə təqdim olunub.

"Regional innovasiya zonalarının yaradılması layihəsi Azərbaycanın regionda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə lider ölkəyə çevrilməsinə imkan yaradacaq" - deyə nazir bildirib.

Regional innovasiya zonaları layihəsi kiçik və orta innovasiya sahibkarlığının inkişafı üçün texno parkların yaradılması, elektron avadanlıq və proqram məhsullarınin istehsalı və ixraxcı üzrə regional bazanın yaradılması, ölkənin əlverişli tranzit informasiya mərkəzinə çevrilməsi (Data Centre), informasiya cəmiyyətinin formalaşdırılması üçün bəşəri resursların hazırlanması və inkişafını, həmçinin informasiya texnologiyalarının digər sahələrdə tətbiqini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti