...

Azərbaycanda elektron təhlükəsizliyi idarəsi yaradılacaq

Telekommunikasiya Materials 27 Aprel 2009 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkədə elektron təhlükəsizliyi üzrə idarənin yaradılması haqqında müddəa hazırlayıb. Bu barədə bazar ertəsi nazirliyin informasiya cəmiyyətinin inkişafı şöbəsinin rəhbəri Rüfət Gülməmmədov deyib.

"Bir çox inkişaf etmiş ölkələrdə vətəndaş və biznes sahəsi ilə işləyən qeyri-dövlət strukturları mövcuddur. Bu səbəbdən dünya təcrübəsinə əsaslanaraq nazirlik elektron təhlükəsizlik idarəsinin yaradılması barədə müddəa hazırlayıb", - Gülməmmədov qeyd edib.

Onun sözlərinə əsasən, informasiya təhlükəsizliyi sahəsində işləyən dövlət strukturları tam olaraq vətəndaşların suallarını cavablandıra, onların şikayətlərinə baxaraq operativ şəkildə aradan qaldıra bilmirlər.

"Müddəa baxılması üçün hökumətə təqdim edilib", - Gülməmmədov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti