Azərbaycan, Bakı, 05 iyul / Trend /
Ölkə xaricində mobil şəbəkənin istifadəsi zamanı abunəçilərinin rahatlığına çalışan Nar Mobile 10 yeni beynəlxalq rouminq müqaviləsi imzalayıb, bu barədə şirkətin məlumatında deyilir.
Yeni tərəfdaşlar Smart Mobile (Kamboca), Bite (Litva), Viva (Küveyt), Vodafone Hungary (Macarıstan), Zain (Qabon), İnterCell (Qvineya), Nova (İslandiya), MTel (Çernoqoriya), Vodafone UK (İngiltərə), DgCELL (Surinam) opretorlarıdır.
Bu günə kimi Nar Mobile dünyanın 85 ölkəsi ilə 158 rouminq müqaviləsi və 58 ölkə ilə 90 GPRS müqaviləsi imzalayıb.
Azərbaycanda ilk dəfə olaraq Azerfon fəlaiyyətə başladığı vaxtdan etibarən bütün abunəçiləri üçün beynəlxalq rouminq xidməti təklif edir. Sözügedən xidmətdən Nar Mobile-nin bütün abunəçiləri istifadə edə bilər. Rominq xidmətindən istifadə üçün ödəniş abunəçinin balansından çıxılır və hesaba depozitin daxil edilməsini tələb etmir. Rouminq xidmətinin aktiv edilməsi üçün Nar Mobile mərkzinə müracəi etmək və ya www.narmobile.az. saytına baxmaq kifayətdir.