...

AzərTelekom şirkətinə yeni baş direktor təyin edilib

Telekommunikasiya Materials 9 Oktyabr 2009 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir H.Vəliyev/

Mixal Çupa "AzərTelekom" MMC-nin baş direktoru vəzifəsinə təyin edilib. Bu barədə Trend -a "AzərTelekom"dan deyilib.

Çupa, əvvəllər AzərTelekom-a rəhbərlik edən, indi isə Rusiyanın "Sinterra" QSC və Azərbaycanın AzerTelekom şirkətləri tərəfindən yaradılmış "C-Ring" birgə müəssisəsinin vitse-prezidenti vəzifəsinə təyin edilən Çağdaş Berqsanı əvəz edib.

Çupa əvvəllər Microsoft-un Rusiya nümayəndəliyinin rəhbəri olub və İT bazarında əhəmiyyətli təcrübəyə malikdir. O, Microsoft-un Çexiya bölməsində "Golden Telekom - Sovintel" şirkətinin vitse-prezidenti olub. Çupa həmçinin Çexiyanın aparıcı mobil operatoru "Contactel" şirkətinin təsisçisi olmaqla, bu ölkədə İnternetin inkişafının ən fəal iştirakçılarından biridir.

AzərTelekom-ın əsas təsisçisi "Azərfon" mobil əlaqələr operatorudur (70 faiz). Digər paylar isə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin istehsalat birlikləri - Aztelekom və Bakı telefon rabitəsi arasında bərabər paylanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti