...

Azərbaycanın Teleradio Şurası kabel televiziyası operatorlarının fəaliyyət qaydalarını hazırlayır

Telekommunikasiya Materials 23 Oktyabr 2009 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) kabel televiziyası operatorlarının fəaliyyət qaydalarını hazırlayır. Bu barədə Trend -a MTRŞ-nin hüquq və lisenziya şöbəsinin baş mütəxəssisi Tohid Əliyev bildirib.

Əliyevin sözlərinə görə, sənəd müntəzəm olaraq şuranın iclaslarında müzakirə olunur və lazım gəldikdə sənədə müvafiq düzəlişlər edilir. Qaydalar kabel televiziyası üzrə xidmət göstərən hüquqi şəxslərin vəzifələri, hüquqları və məsuliyyətini müəyyənləşdirir.

Kabel televiziyası anlayışı müəyyən ərazidə teleradio verilişlərinin yayımlanması xidmətini göstərən qurum kimi göstərilir.

Hazırda qaydalara texniki aspektlər aiddir. Misal üçün yayımın dayandığı təqdirdə kabel televiziyası operatoru abunəçinin müraciətindən sonra iki gün ərzində onu bərpa etməlidir.

Yeni qaydaların qüvvəyə minməsindən sonra siqnalın sönməsi halı yaranarsa, operator qarşısına istehlakçıya alternativ xətlər ilə kontentin çatdırılmasını nəzərdə tutan xüsusi şərtlər qoyulacaq.

Əgər Azərbaycanın televiziya və radioyayım qanunvericiliyinə mane olan hallaq aşkarlanarsa, MTRŞ-nin operatorun fəaliyyətini dayandırmaq hüququ var.

Qaydalar həmçinin kabel televiziyası operatorlarının assosiasiyada birləşməsi imkanına da icazə verir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti