...

Polşa şirkəti Azərbaycan biometrik pasportlarının üçölçülü şəkillərlə təhciz etməyi təklif edir

Telekommunikasiya Materials 8 Fevral 2010 17:09 (UTC +04:00)
Polşanın PWPW S.A. şirkəti Azərbaycanda sifətin üçölçülü şəklinin və iki baş barmağın izlərinin əks olunacağı polikarbonat səhifəli biometrik pasportların tətbiq edilməsini təklif edir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) məlumatında deyilir.

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir H.Vəliyev/

Polşanın PWPW S.A. şirkəti Azərbaycanda sifətin üçölçülü şəklinin və iki baş barmağın izlərinin əks olunacağı polikarbonat səhifəli biometrik pasportların tətbiq edilməsini təklif edir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) məlumatında deyilir.

Bu təkliflə PWPW S.A. şirkətinin ixracat məsələləri üzrə baş mütəxəssisi Yozef Ferver institutda keçirilən görüş zamanı çıxış edib.

Ferverin sözlərinə görə, elektron sənədlər mikroçiplərlə təchiz oluna bilər ki, bu da öz sahibi haqqında digər məlumatları özündə saxlayacaq.

PWPW S.A. şirkəti biometrik pasportlar üçün mikroçipli vərəqlər tədarük edir. Şirkət Litvanın "Garsu pasaulis" şirkəti ilə konsersiumda Litvanın yeni pasportlarına blank istehsalı üzrə tenderin qalibidir.

İTİ həm istehsalçı, həm də Azərbaycanın tələbləri kimi kriteriyaları müəyyən edərək eyniləşdirilmiş sənədlərin təhlükəsizliyinin qiymətləndirilməsi üzərində iş aparır. İnstitut daimi olaraq biometrik eyniləşdirmə sisteminin yaradılmasına dair həm ayrıca, həm də kompleks həllər təklif edən şirkətlərlə danışıqlar və fikir mübadiləsi aparır. Bu, sərhəd nəzarət məntəqələri, pasport qeydiyyat stolları, telekommunikasiya həlləri, pasportların təchiz edilməsi və hazırlanması, mikroçiplər və s. üçün hazır həllərdir. Şirkətin təklifləri müntəzəm olaraq Nazirlər Kabinetinin müzakirəsinə verilir.

İlkin məlumatlara görə, Azərbaycan vətəndaşlarına elektron pasportların verilməsi 2011-ci ildə gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti