...

"Elcell" Azərbaycanda simsiz İnternet sahəsində onilliyin ən yaxşi servisi seçilib

Telekommunikasiya Materials 13 Oktyabr 2010 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Simsiz Texnologiyalar Assosiasiyası tərəfindən "Elcell" Azərbaycanda simsiz texnologiyalar əsasında İnternet xidmətlərinin təminatı üzrə onilliyin ən yaxşı servisi seçilib. Bu barədə çərşənbə günü assosiasiyanın məlumatında deyilir.

Assosiasiyanın verdiyi məlumata əsasən, "iBurst" texnologiyası əsasında fəaliyyət göstərən "Elcell" xidmət və servislərinin keyfiyyəti 2005-ci ildə "b2c" formatında irəliyə sıçrayış etməyə və simsiz genişzolaqlı İnternetin kütləvi şəkildə istifadəsini təmin etməyə imkan verib.

Amerikanın "ArrayComm" Şirkətinin və Yaponiyanın "KYOCERA" Şirkətinin "iBurst" texnologiyası son beş ildə simsiz genişzolaqlı İnternetə olan tələbatı ödəməyə imkan verir.

"iBurst" texnologiyasında 2008-ci ilin iyun ayında yeni beynəlxalq IEEE 802.20 standartı kimi qəbul olunmuş mobil simsiz genişzolaqlı giriş texnologiyası istifadə olunur. Sözügedən texnologiya simsiz giriş texnologiyalarından adapriv antennası və kanalların məkanı seçmə qabiliyyəti ilə müsbət şəkildə fərqlənir.

"iBurst" avadanlığı tam mobillik şəraitində İnternet-servislərinin göstərilməsi üçün xidmət edir və bir neçə istifadəçi eyni anda qoşulduğu zaman, sürətinin kəskin şəkildə aşağı düşdüyü digər oxşar sistemlərdən fərqli olaraq, bu texnologiya istifadəçilərin sayından asılı olmayaraq, verilənlərin stabil ötürmə sürətini təmin edir. "iBurst" texnologiyasının adaptiv antennası və siqnal səviyyəsinin nəzarəti üzrə avtomatik sistem ötürücünün gücünü istifadəçi üzərində cəmləşdirir ki, bu da servisin keyfiyyətini olduqca yaxşılaşdırır. Kanalların məkani seçmə qabiliyyəti şəbəkənin buraxılış qabiliyyətini artırmağa imkan verir və bununla da baza stansiyası siqnalın keyfiyyəti düşmədən üç istiqamətdən bir tezlikdə bir vaxt intervalında üç istifadəçidən siqnal qəbul etməyə imkan verir. "iBurst" sistemi 9 sinifli modulyasiyanı istifadə edir. Bu texnologiya unikaldır və 6,47 bit/sec/Hz/cell tezlikli resursun istifadəsinin spektral səmərəliliyini olduqca artırır və 5 MHz zolağında saniyədə 32Mb həcmində məlumat ötürülməsini təmin edir.

Nəzərdən keçirilən müddət ərzində (2005-2010-ci illər) simsiz texnologiyalar sahəsi üzrə Azərbaycanda tətbiq olunan digər texnologiyalar "Elcell" kimi yüksək sürəti təmin edə bilməmişdir. "Hazırda Azərbaycanda 3G və WiMax kimi texnologiyalar əsasında müxtəlif xidmətlər göstərilir, lakin "iBurst" texnologiyası ilə "Elcell" servisi kütləvi istehlakçının tələblərini yerinə yetirən ilk texnologiya oldu və hazırda o, istifadəçilərin sayına görə, digər rəqiblərini arxada qoyur", - assosiasiyanın məlumatında belə deyilir.

Xəbər lenti

Xəbər lenti