...

Azərbaycan Səhiyyə Nazirliyi 410 min elektron sağlamlıq kartı verib

Telekommunikasiya Materials 17 Dekabr 2010 11:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Səhiyyə Nazirliyi 410 min elektron sağlamlıq kartı verib. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

Onun sözlərinə görə, nazirlik tərəfindən verilən kartların ümumi sayından 30 min ədəd dərman preparatlarının pulsuz verildiyi xəstələr və müayinədən keçən xəstələr kateqoriyasının payına düşür.

"Yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının ümumi sayı bu gün 350 min ədəd təşkil edir", - Qədirli bildirib.

Elektron sağlamlıq kartları İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və 14 yaşa qədər olan uşaqlara paylanılır.

Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumat yer alır. Məlumat tibb müəsisəsinin xidməti məlumatların operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.

Bu günədək idarənin tabeçiliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub.

Xəstələr haqqında tibbi uçotun aparılmasının avtomatlaşdırılması zəruri informasiyanın axtarışını asanlaşdırır və diaqnozun qoyulması vaxtını qısaldır. Layihə "Elektron Azərbaycan" dövlət proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti