...

Azərbaycanın rabitə operatoru taksofonların sayını artırır

Telekommunikasiya Materials 25 Fevral 2011 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycan-Britaniya birgə müəssisəsi "AzEuroTel"in şəbəkəsində 110 taksofon var. Bu barədə Trend-ə cümə günü "AzEuroTel"dən deyiblər.

"AzEuroTel"in paytaxt ərazisində quraşdırdığı taksofonların ümumi sayından 60 ədədi simsizdir və CDMA standartında işləyir. 2010-cu ilin yekunları üzrə şirkətin taksofon parkı 20 ədəd artıb.

Operatorun planlarına əsasən, ilin birinci yarısının sonunadək taksofon parkı 20-dək artırılacaq. Onlar əsasən Dənizkənarı Milli parkın ərazisində quraşdırılacaq.

"AzEuroTel" şəbəkəsində Tayvanın "Tatung" şirkətinin taksofonlarından istifadə edilir. Operatorun şəbəkəsində istifadə edilən aparatlar hava şəraitinə və temperatur dəyişikliklərinə dözümlüdür. Sındırılma və aparatın daxilinə rütubətin düşmə imkanı minimuma endirilib.

Taksofonlardan istifadə ilə telefon rabitəsi xidməti yerli, şəhərlərarası və beynəlxalq zənglərə imkan yaradır.

Taksofonlarla yerli, şəhərlərarası və beynəlxalq danışıq xidməti dəmir pullar və operatorun çip-kartları vasitəsilə həyata keçirilir.
Operatorun əsas vəzifələrindən biri taksofonların keyfiyyətinin və göstərilən xidmətlərin geniş spektrini təmin edən statusunun səmərəli ümumi istifadə edilə bilən telefon rabitəsi vasitəsi kimi saxlanmasıdır.

Xəbər lenti

Xəbər lenti