Azərbaycan, Bakı, 15 mart /Trend/
"Karasu Operating Company", "Şhirvan Operating Company", Neftchala Operating Company" neft əməliyyatı şirkətləri və "Softline International Company" şirkəti "Open Value" proqramı üzrə bütün kompüter parkı üçün "Microsoft "un lisenziyalı məhsulları üzrə saziş imzalayıblar. Bu barədə çərşənbə axşamı "Microsoft Azerbaijan" şirkətinin məlumatında deyilir.
Saziş bu təşkilatlara üç illik möhlətlə ödəmək hesabına xərcləri optimallaşdırmağa imkan verir. Əməliyyat şirkətləri təhlükəsizlik funksiyalarını genişləndirməklə məhsulların ən yeni versiyalarından istifadə imkanı əldə edəcəklər.
"Open Value" 5-dən 250-dək kompüterə malik kiçik və orta müəssisələr üçün nəzərdə tutulan "Microsoft"un kompleks korporativ lisenziyalaşdırma proqramıdır.
"Open Value" lisenziyalarla idarəetməni sadələşdirir ki, bu da avtomatik əlavə olunan "Microsoft Software Assurance" seçimləri sayəsində İT investisiyaları üzərində daha səmərəli nəzarətə və proqram təminatı üzrə xərclərin idarə olunmasına kömək edir.