...

Microsoft "elektron hökumət" üçün həllərin işlənib hazırlanmasına dair təcrübəsi ilə bölüşəcək

Telekommunikasiya Materials 2 May 2011 15:43 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Microsoft" korporasiyasının Azərbaycan nümayəndəliyi ilə birgə 4-5 may tarixlərində dövlət orqanları üçün "E-hökumət layihələri üzrə Microsoft təcrübəsi" mövzusunda seminar keçirəcək.
Microsoft "elektron hökumət" üçün həllərin işlənib hazırlanmasına dair təcrübəsi ilə bölüşəcək

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Microsoft" korporasiyasının Azərbaycan nümayəndəliyi ilə birgə 4-5 may tarixlərində dövlət orqanları üçün "E-hökumət layihələri üzrə Microsoft təcrübəsi" mövzusunda seminar keçirəcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi nazirliyin məlumatında deyilir.

Tədbir nazirliyin Aztelekom İstehsalat Birliyinin inzibatı binasında təşkil olunacaq.

İştirakçıların qarşısında xüsusi olaraq seminara dəvət almış Microsoft-un həllər üzrə regional arxitektoru Robert Hernadinin çıxış edəcəyi nəzərdə tutulur. Hernadi dinləyiciləri dünyanın bir sıra ölkələrində elektron hökumət üçün Microsoft-un əvvəlki həlləri haqqında məlumatlandıracaq, bu sahədə müasir işləmələr, eləcə də bu həllərin Azərbaycanda e-hökumətin yaradılması çərçivəsində tətbiqinin potensialı haqqında danışacaq.

Xəbər lenti

Xəbər lenti