...

Azərbaycanın internet ictimaiyyətinin maraqları ICANN-ın konfransında təmsil olunacaq

Telekommunikasiya Materials 23 Avqust 2011 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir H.Vəliyev/

"At-Large" milli təşəbbüs qrupu internet şəbəkəsində domen adların verilməsi üzrə beynəlxalq təşkilatın (ICANN) 42-ci açıq konfransı çərçivəsində Azərbaycanın internet ictimaiyyətinin maraqlarını təmsil edəcək. Bu barədə Trend-ə çərşənbə axşamı İnformasiya Problemləri üzrə Tədqiqat Mərkəzinin rəhbəri Yaşar Hacıyev deyib.

Konfrans oktyabrın 24-28-də Dakar şəhərində (Seneqal) keçiriləcək.

Hacıyevin sözlərinə görə, konfrans çərçivəsində qeydiyyat prosedurunun açıqlanması və .az milli domeninin bölüşdürülməsi, ICNNA-ya baxılmaq üçün "At-Large" proqramı tərəfindən hazırlanan domen adların qeydiyayt məsələsinin tənzimlənməsi üzrə sənədin təqdim edilməsi gözlənilir. Sənəddə "At-Large" üzvlərinin domen adların verilməsinin tənzimlənməsi məsələləri üzrə fikirləri əksini tapıb.

Əsas məqsəd internet şəbəkəsində baş verən məsələlərin sonradan həlli üçün məlumatların ICANN-ın diqqətinə çatdırılmasıdır.

"Qeydiyyat proseduru və milli .az domeninin bölüşdürülməsi hazırda şəffafdır və bu baxımdan problem yoxdur", - Hacıyev bildirib.

ICANN rəhbərliyində baş verəcək dəyişiklikləri şərh edən Hacıyev hesab edir ki, bu, təşkilatın gələcək fəaliyyətinə təsir göstərməyəcək.

Bu günlərdə məlum oldu ki, ICANN-ın prezidenti və baş icraçı direktor Rod Bekstrom öz vəzifəsini tərk edir. Bekstromun üçillik səlahiyyət müddəti 2012-ci ilin iyulunda başa çatır.

"ICANN-ın idarəetmə strukturunda kifayət qədər möhkəm tarazlıq sistemi mövcuddur. Bu, ayrı-ayrı şəxslərə özbaşına qərarlar qəbul etməyə imkan vermir. ICANN-ın fəaliyyətinə müxtəlif ölkələrin internet birlikləri və hökumət qurumları, eləcə də "At-Large"ın milli təşəbbüsləri və bilavasitə sıravi istifadəçilər tərəfindən nəzarət edilir", - Hacıyev əlavə edib.

Xəbər lenti

Xəbər lenti