Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin "PEYK" zavodu bazasında fləş-yığıcılarının konveyer istehsalı 2012-ci ilə planlaşdırılıb. Bu barədə çərşənbə axşamı Trend-ə müəssisədən bildiriblər.
Gələn ilin əvvəlindən bu tip məhsulların istehsalı texnologiyasına yiyələnmək üçün test sistemlərinin tədarükü gözlənilir.
Bu gün "PEYK" zavodu istehsalın birgə həyata keçiriləcəyi Tayvan şirkətləri ilə ilkin razılaşma əldə edib.
"PEYK" zavodu fləş-yığıcılarının istehsalı üçün lazım olan istehsal güclərinə və texniki imkanlara malikdir. Onların istehsalının axına qoyulmasından sonra fləş-yığıcılar həm daxili bazara çıxarılacaq, həm də ixrac olunacaq.