...

Azərbaycanın internet provayderi Call-mərkəzinin işini avtomatlaşdırıb

Telekommunikasiya Materials 2 Aprel 2012 19:47 (UTC +04:00)
"BakinterNet" dövlət internet-servis-provayderi öz istifadəçilərinin servis mərkəzinə (Call-mərkəz) müraciət prosedurunu avtomatlaşdırıb.
Azərbaycanın internet provayderi Call-mərkəzinin işini avtomatlaşdırıb

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

"BakinterNet" dövlət internet-servis-provayderi öz istifadəçilərinin servis mərkəzinə (Call-mərkəz) müraciət prosedurunu avtomatlaşdırıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirlyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin məlumatında deyilir.

İstifadəçilər provayderin Call-mərkəzinə müraciət etmək üçün 115 nömrəsini yığmalı və internetə qoşulmanın həyata keçirildiyi telefon nömrəsini daxil etməlidirlər.

Nömrənin daxil edilməsindən sonra sistem istifadəçinin daxil etdiyi nömrənin təsdiq edilməsini tələb edir, sonra abunəçi internet xidmətlərinin tədarükçüsü tərəfindən sorğunun alınması haqqında məlumatlandırılır.

Müraciətin qeydiyyata alınmasından sonra növbəti prosedurlar sistem tərəfindən avtomatik şəkildə, insan faktoru olmadan həyata keçirilir.

Ehtiyac yaranarsa, abunəçilər göstərilən nömrə üzrə onları maraqlandıran suallara görə Call-mərkəzin mütəxəssislərinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti