...

“Bakcell” daha bir televiziya verilişinin sponsoru oldu

Telekommunikasiya Materials 16 Aprel 2012 17:05 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti daha bir televiziya layihəsinin maliyyələşdirilməsinə başlayır.Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
“Bakcell” daha bir televiziya verilişinin sponsoru oldu

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti daha bir televiziya layihəsinin maliyyələşdirilməsinə başlayır.

Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bir çox sahədə əhəmiyyətli yeniliklərin əsasını qoyan Bakcell şirkəti yerli telekanallarda yayımlanan verilişlərin maliyyələşdirilməsinə, milli serialların ərsəyə gəlməsinə vasitəçilik etməklə Azərbaycan kinoindustriyasının inkişafına öz töhfəsini verməkdədir.

Qısa müddət ərzində Azərbaycan izləyicisinin sevimli teleseriallarından birinə çevrilən və hər seriyası səbirsizliklə gözlənilən ilk milli serial "Aramızda qalsın" məhz Bakcelin baş sponsorluğu ilə çəkilir. Azərbaycanda həm kino mədəniyyətinin səviyyəsinin, həm də tamaşaçı zövqünün yüksəldilməsinə böyük əhəmiyyət verən Bakcel daha bir yeni layihə olan "Cavanlıq" teleserialının da sponsorluğuna başlayıb.

Bu gözəl ənənəyə sadiq qalan Bakcel Space TV-də start götürən "Banu" verilişinin maliyyələşdirilməsini öz üzərinə götürüb. Şənbə günləri saat 18:15-də efirə gedən veriliş çərşənbə axşamları saat 17:30-da təkrarlanacaq. Verilişin aparıcısı bütün Azərbaycanı qarış-qarış gəzərək ölkənin müxtəlif regionlarındakı toy və nişan mərasimlərini tamaşaçılarına təqdim edəcək. Layihə Azərbaycanın qədim mədəniyyətinə daha yaxından baxmaq imkanı yaratmaqla yanaşı, ölkənin ayrı-ayrı hissələrində toy şənliklərinin keçirilmə qaydaları, yerli adət və ənənələrin öyrənilməsi, regionlarda bu adətlər arasındakı fərqləri üzə çıxaracaq.

Azərbaycanın müxtəlif regionlarına daimi səfərlər edəcək çəkiliş qrupu yerli camaatla ünsiyyət yaradacaq, onların yaşam tərzləri, yerli adətləri, mətbəxləri və s. kimi maraqlı mövzularda tamaşaçılara bəhs edəcəklər.

Bakcell, onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti