...

Azərbaycanın "Elektron hökumət" portalında xidmətlərin sayı artacaq

Telekommunikasiya Materials 26 Aprel 2012 14:25 (UTC +04:00)
"Elektron hökumət" portalında təqdim edilən xidmətlərin sayı artırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jirnalistlərə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
Azərbaycanın "Elektron hökumət" portalında xidmətlərin sayı artacaq

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir H.Vəliyev/

"Elektron hökumət" portalında təqdim edilən xidmətlərin sayı artırılacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jirnalistlərə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Nazir müavininin sözlərinə görə, xidmətlərin siyahısı yenidən nəzərdən keçirilir və hazırda dövlət orqanları tərəfindən göstəriləcək əlavə xidmətlər təqdim edilib.

Vəlizadənin sözlərinə görə, bu, portala qoşulan təşkilatların və onların göstərdiyi xidmətlərin sayının gündən-günə artmasına kömək edəcək.

Hazırda "Elektron hökumət" portalına 16 dövlət qurumu qoşulub. Real olaraq onların 12-nin xidmətlərindən istifadə etmək olar.

"Azərbaycan Prezidentinin bu istiqamətdə bütün işlərin qısa müddətdə reallaşdırılması ilə bağlı qəti tapşırığını nəzərə alaraq, biz ümid edirik ki, bütün dövlət orqanları tezliklə bu portalda təqdim olunacaq. Bundan sonra isə tam səmərəli "Elektron hökumət" portalından danışmaq mümkün olacaq", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, bəzi dövlət qurumlarının xidmətləri artıq aktivləşdirilib və digərləri isə qoşulma üçün müraciət edib.

"Proses gedir və daxil olan müraciətlər işgüzar qaydada nəzərdən keçirilir. Biz gözləyirik ki, tezliklə bütün dövlət qurumları portalda təqdim olunacaq", - Vəlizadə bildirib.

Onun sözlərinə görə, portalda təqdim olunan xidmətlərin sayı 300 ədədi ötür.

Nazir müavini nümunə kimi elektron müraciət, xəttin qiymətinin ödənişindən başlayaraq abunəçi nömrənin sərbəst seçimi imkanlarınadək abunə nömrəsinin alınmasının tam dövrünü göstərib.

"Telefonu çəkmək üçün montajçı lazımdır. Mərhələli işləri nəzərdə tutan xidmətlər də var. Birincisi, nə üçün isə ərizənin alınması, ikincisi isə onun yerinə yetirilməsidir. Tutaq ki, həkimin qəbuluna və ya digər mütəxəssisə yazılmaq. Siz elektron formada müraciət edə bilərsiniz, lakin müayinədən keçmək üçün şəxsən gəlməlisiniz. Buna görə də hər şeyi tam avtomatlaşdırmaq mümkün deyil. Bu işlər mərhələli qaydada aparılır", - o deyib.

Xəbər lenti

Xəbər lenti