...

AMEA-nın institutları AzScienceNet kompüter şəbəkəsinə çıxış əldə ediblər

Telekommunikasiya Materials 29 May 2012 15:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu və Əlyazmalar İnstitutu AzScienceNet elm kompüter şəbəkəsinə çııxş əldə ediblər
AMEA-nın institutları AzScienceNet kompüter şəbəkəsinə çıxış əldə ediblər

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutu və Əlyazmalar İnstitutu AzScienceNet elm kompüter şəbəkəsinə çııxş əldə ediblər. Trend-in məlumatına görə, bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun məlumatında deyilir.

AzScienceNet tərəfindən AMEA-nın institut və təşkilatlarında elmi-tədqiqat, elmi-praktiki və tədris məsələlərində innovativ fəaliyyətin təşkili üçün zəruri olan şəbəkə xidmətlərinin təmini ilə bağlı aparılan işlər davam edir.

Hazırda TERENA təşkilatının tövsiyələrinə müvafiq olaraq, AMEA-nın elmi müəssisələrinin internetə yüksəksürətli çıxışı, şəbəkənin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və s. üçün fiber-optik kabelin çəkilişi, qabaqcıl texnologiyaların, innovativ proqram təminatlarının tətbiqinə dair mühüm texniki tədbirlər görülür.

Fizika İnstitutunun II korpusunda (Z.Xəlilov küç., 555-ci məhəllə) yerləşən laboratoriyalarda şəbəkəyə yüksəksürətli çıxışı təmin etmək üçün (saniyədə 10 meqabitlə) AzScienceNet Data Mərkəzindən fiber-optik əlaqə kanalı çəkilib və intellektual kommutatorlarla təchiz edilib. Analoji texniki tədbirlər Əlyazmalar İnstitutunda da aparılıb.

Xəbər lenti

Xəbər lenti