...

Azərbaycanda ilk dəfə ödəmə kartlarının ani verilməsi xidməti tətbiq edilir

Telekommunikasiya Materials 26 Noyabr 2012 12:34 (UTC +04:00)
"Millikart" prosessinq mərkəzi beynəlxalq ödəmə kartlarının ani verilməsini nəzərdə tutan yeni "Instant Issuance" xidmətini təqdim edib.
Azərbaycanda ilk dəfə ödəmə kartlarının ani verilməsi xidməti tətbiq edilir

Azərbaycan, Bakı, 26 noyabr / Trend, müxbir H.Vəliyev /

"Millikart" prosessinq mərkəzi beynəlxalq ödəmə kartlarının ani verilməsini nəzərdə tutan yeni "Instant Issuance" xidmətini təqdim edib. Trend-in məlumatına görə, bu barədə mərkəzin bazar ertəsi yaydığı xəbərdə deyilir.

"Instant Issuance" xidməti funksiyaların geniş spektrinə malikdir. Onlar kartların ani verilməsini daha sadə, təhlükəsiz və effektiv edirlər. Yeni kartlar bilavasitə bank tərəfindən kart sahibinə ötürülür.

Kartın sahibi öz PIN-kodunu yerində seçmək imkanına malikdir və bütün prosedur kartların və PIN-zərflərin çatdırılmasında hər hansı gecikmə, qeyri-müəyyənlik və xərc olmadan həyata keçirilir.

Bilavasitə ünsiyyət banklara öz müştərilərinə əlavə xidmətlər təklif etməyə icazə verəcək.

Bu və ya digər kartın alınması üçün müştəri bankın filial/məntəqəsinə müraciət edir və onun ani əldə etmək imkanı əldə edir. Prosessinq mərkəzi tərəfindən təklif edilən xidmət Azərbaycanda yenidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti