...

2013-cü ildə Azərbaycanda qeydiyyatdan keçməyən 34 radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 9 Mart 2013 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 2013-ci ilin yanvar-fevral ayları ərzində 34 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə DRİ-nin şənbə günü yaydığı məlumatda deyilir.

Ötən dövr ərzində DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 112 təşkilat, müəssisə və şirkətdə istsmar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Qeydiyyatdan keçməyən REV-in ümumi sayından 12 ədədi möhürlənib və 22 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 10 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti