...

"ASAN xidmət" elektron rəqəmsal imzaların verilməsinə başlayıb

Telekommunikasiya Materials 27 Mart 2013 18:27 (UTC +04:00)
İlk "ASAN xidmət" mərkəzinin bazasında Elektron rəqəmsal imzanın qeydiyyatı mərkəzi işə salınıb. Bu barədə Trend-ə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) bildiriblər.
"ASAN xidmət" elektron rəqəmsal imzaların verilməsinə başlayıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir H.Vəliyev/

İlk "ASAN xidmət" mərkəzinin bazasında Elektron rəqəmsal imzanın qeydiyyatı mərkəzi işə salınıb. Bu barədə Trend-ə çərşənbə günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) bildiriblər.

MHM-dən deyiblər ki, elektron imzanın sertifikatı qeydiyyat mərkəzinə ərizə daxil odluqdan dərhal sonra hazırlanır. Bu barədə rəqəmsal imzanın sahibi elektron ünvanı vasitəsilə məlumatlandırılır.

Elektron rəqəmsal imzanı bilavasitə "ASAN xidmət"də əldə etmək olar.

"ASAN xidmət"də rəqəmsal imzanı əldə etmək üçün müraciətlərin qəbulu xidmətindən yaşayış yerindən asılı olmayaraq, bütün vətəndaşlar istifadə edə bilərlər.

MHM-in məlumatına görə, Milli Sertifikasiya Xidmətləri Mərkəzindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 10 min ədədi ötür.

Elektron rəqəmsal imza üzrə tariflər aşağıdakı kimidir:

İmzanın istifadə müddəti

Əhali üçün elektron rəqəmsal imzanın qiyməti

Dövlət strukturları üçün elektron rəqəmsal imzanın qiyməti

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün elektron rəqəmsal imzanın qiyməti

1 il

14 manat

80 manat

60 manat

2 il

22 manat

114 manat

3 il

30 manat

168 manat

Qiymətlər ƏDV nəzərə alınmaqla göstərilib

Rəqəmsal imzanı Azərbaycanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında əldə etmək olar. İmzanın alınması ilə bağlı ətraflı məlumatı e-imza.az elektron ünvanı üzrə əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti