...

Azərbaycanda 206 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 1 May 2013 14:28 (UTC +04:00)
2013-cü ilin yanvar-aprel ayları ərzində Dövlət Radiotezliklər İdarəsinin (DRİ) İstismara Nəzarət şöbəsinin iş planına daxil olmuş göstəriş və müraciətlərə əsasən, 240 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü DRİ-nin yaydığı məlumatda deyilir.
Azərbaycanda 206 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 1 may/Trend, müxbir H. Vəliyev/

2013-cü ilin yanvar-aprel ayları ərzində Dövlət Radiotezliklər İdarəsinin (DRİ) İstismara Nəzarət şöbəsinin iş planına daxil olmuş göstəriş və müraciətlərə əsasən, 240 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü DRİ-nin yaydığı məlumatda deyilir.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən 206 ədəd müxtəlif növ REV aşkarlanıb. Onlardan 165 ədədi möhürlənib, qalan 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 27 ədəd protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti