...

Azərbaycanın dövlət rabitə operatorunun genişzolaqlı internet şəbəkəsi istifadəçilərinin sayı artıb

Telekommunikasiya Materials 8 Noyabr 2013 10:48 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyinin (İB) xidmət zonasında genişzolaqlı internet şəbəkəsi istifadəçilərinin sayı ilin əvvəlindən 31,5 faiz, yaxud 53 min istifadəçi artıb.
Azərbaycanın dövlət rabitə operatorunun genişzolaqlı internet şəbəkəsi istifadəçilərinin sayı artıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir H.Vəliyev/

"Aztelekom" İstehsalat Birliyinin (İB) xidmət zonasında genişzolaqlı internet şəbəkəsi istifadəçilərinin sayı ilin əvvəlindən 31,5 faiz, yaxud 53 min istifadəçi artıb. Trend-in məlumatına görə, bunu "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, dövlət rabitə operatorunun şəbəkəsində genişzolaqlı internet istifadəçilərinin ümumi sayı 167 minə çatıb.

Hazırda dövlət operatorunun xidmət zonasında hər 100 ailəyə 45,5 genişzolaqlı internet istifadəçisi, hər 100 abonentə isə 24,7 istifadəçi düşür.

M.Məmmədov bildirib ki, bu ilin sentyabr ayında genişzolaqlı xidmətlərin aylıq həcminin əldə edilmiş ümumi gəlirdə xüsusi çəkisi 31, faizə çatıb: "Bu rəqəm ilin əvvəlində 21,9 faiz olub.
Rayon telekommunikasiya qovşaqlarında xidmət göstərilən abunəçilərin sayı 678 mini keçib. Birliyin xidmət ərazisində hər 100 nəfərə düşən telefonların sayı 12,3-ə, 100 ailəyə düşən telefonların sayı 58,6-ya çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti